azia.az
azia.az

“Tramadol hidroxlorid”in istifadəsi məhdudlaşdırılıb

28-12-2018, 14:10

Azərbaycanda güclü təsir edən “tramadol hidroxlorid” maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılıb.

“Tramadol hidroxlorid”in istifadəsi məhdudlaşdırılıb

Azia.Az xəbər verir ki, bu məsələ parlamentin payız sessiyasının sonuncu plenar iclasında müzakirəyə çıxarılan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin Siyahısı”na dəyişiklikdə öz əksini tapıb.

Belə ki, hazırda “tramadol hidroxlorid” 100 mq-150 mq-200 mq və daha artıq bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. Dəyişikliyə əsasən, “100 mq-150 mq-200 mq və daha artıq” sözləri siyahıdan çıxarılır və “tramadol hidroxlorid” bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi