azia.az
azia.az

Taleh Qaraşov qardaşının ölümü ilə bağlı qətl hadisəsinə müdaxilə etməyə çalışıb, ammA...TƏFƏRRÜAT

28-07-2023, 09:30

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.


Azia.az Qafqazinfo-ya istinadla bildirir ki, polisin həyata keçirdiyi əməliyyat tədbirləri ilə cinayətin üstü açılıb və Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi. 

Veilən məlumata görə, Taleh Qaraşov qardaşının ölümü ilə bağlı qətl hadisəsinə müdaxilə etməyə çalışıb, ammA bunu alındıra bilməyib. Onun məsələyə münasibətindən də görünür ki, ilkin olaraq ölüm hadisəsinin ehtiyyatsızlıqdan baş verdiyini, məsələnin bilərəkdən şişirdildiyini və bunun kimlərinsə marağında olduğunu bildirmişdi. Öz reputasiyasını qorumağa çalışan başçı Taleh Qaraşov Polisin işinə müdaxilə edə bilməyib. Bunu hadisə barədə məlumatlı olan mənbə bildirir. (Ətraflı araşdırmadan sonra)

Redaksiya olaraq Taleh Qaraşova və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririrk. 

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi