Deputat Gədəbəy hadisələrində FETÖ-çuların əli olduğunu qeyd edib- TƏCİLİ
“Gədəbəyin RİH başçısı maaşını alan Orxan Mürsəlovun hadisədən öncədən xəbəri yox idi? Kənd icra nümayəndəsi, bələdiyyə sədri belə bir aksiyanın hazırlanmasını hiss etmirdimi?".
Bunu Milli Məclisin növbədənkənar iclasında deputat Aqil Abbas deyib. Millət vəkili eyni zamanda bu hadisədə FETÖ-çuların əli olduğunu qeyd edib:"Onların işi nədən ibarətdir? Məgər onlar hiss etmirdilərmi ki, belə bir aksiya hazırlanır. Kimsə Moskvadan hüzür məclisinə gəlir, aksiya təşkil edir, amma yerli hakimiyyət orqanlaır bunu görmür? Onlar meydanı boş gördüklərindən belə bir aksiyanı hazırlaya biliblər. Polis dövlətin bel sütünudur. Polisi nüfuzdan salmaq dövlətin bel sütünunu qırmaq demədkir. Odur ki, məsələni dərindən düşünmək lazımdır və kimlərin törətdiyini müəyəyn etmək lazımdır". Sfera.az
Əzizə Zeynal