Qərarı ilk olaraq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan elan edəcək
Mayın 18-də müddəti bitən taxıl sazişi 60 gün müddətinə uzadılacaq.
Azia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, qərarı ilk olaraq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan elan edəcək.
"Düşünürəm ki, sövdələşmə 60 gün uzadılacaq, lakin Rusiya bununla sonuncu dəfə razılaşa bilər. Ənənəvi uzatma qərarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışığından sonra elan edə bilər”, - deyə mənbə açıqlamasında söyləyib.