azia.az
azia.az

Rəis oğlu rəis təyin olundu-Vilayət Eyvazov əmr imzaladı

18-04-2023, 18:11

Azia.az media-Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Vüsal Qələndərov təyinat alıb. O, bu təyinatadək Abşeron DYP-də baş inspektor işləyib.

Qeyd edək ki, V. Qələndərov Bakı Beynəlxalq Avtovağzalının direktoru Qəhrəman Qələndərovun oğludur. Qəhrəman Qələndərov daha əvvəl Nəsimi DYP-nin rəisi olub.

Xatırladaq ki, Binəqədi DYP-nin rəisi Cəmşid Hənifəyev təqaüdə göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi