azia.az
azia.az

Azərbaycanın növbəti humanitar yardımı Türkiyəyə yola salınır

11-02-2023, 11:37


Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sayca üçüncü humanitar yardım karvanı qardaş ölkəyə yola salınır.

FHN-ə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, humanitar yardım 9 yük avtomobili və onları müşahidə edən nəqliyyat vasitələri ilə qardaş ölkəyə göndərilir. Humanitar yardıma 1015 çadır və 240 soba daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi