azia.az
azia.az

MEK tərəfindən“Heydər Əliyev İli” çərçivəsində illik təqvim hazırlanıb

24-01-2023, 13:25


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Respublikasında 2023-cü ilin ölkədə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədarUlu öndərin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən “Heydər Əliyev-100” adlı illik təqvim dərc etdirib.

Təqvimin hər səhifəsində ümummilli lider Heydər Əliyevin əlamətdar və tarixi günlərlə, 20 Yanvar hadisələri, Xocalı faciəsi, Novruz bayramı, Azərbaycan Respublikasının dövlət müstəqilliyi, Milli Ordu, mətbuat, Azərbaycan dili və təhsili ilə bağlı fikirləri yer alıb. 

8 Noyabr- Zəfər Gününün yer aldığı noyabr ayı səhifəsində Ulu öndərin illər öncə məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”-sitatı xüsusi diqqət cəlb edir.

Qeyd edək ki, illik təqvimin hazırlanmasında əməyi keçən MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsiÜmummilliliderinzənginirsinə, Azərbaycanınzəngindövlətçiliktarixinə, Prezident İlham Əliyevinçoxşaxəlisiyasifəaliyyətinə, Birincivitse-prezident Mehriban Əliyevanınsosial-humanitarsahədəgördüyüişlərə, həmçininölkənindünyadatəbliğinəhəsrolunmuşədəbiyyatlarınkitabxanafondlarındakomplektləşdirilməsi, rəqəmsallaşdırılması, məlumatbazalarınınhazırlanmasıişinitəşkiletməklə, oxuculara bu sahədə xidmət göstərir.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi