azia.az
azia.az

Ərdoğanla Makronun G20 sammitinə damğa vuran - FOTOSU

17-11-2022, 08:32

Ərdoğanla Makronun G20 sammitinə damğa vuran - FOTOSU

Xəbər verdiyimiz kimi, noyabrın 15-i İndoneziyanın Bali adasında G20 sammiti öz işinə başlayıb.

Sammit çərçivəsində Türkiyə və Fransa Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında görüş keçirilib. Prezidentlər arasında rəsmi görüşdən əvvəl isə Ərdoğan Makronla ayaqüstü söhbət aparıb.

Söhbət zamanı liderlər arasında maraqlı anlar yaşanıb və bu, fotoqrafların gözündən yayınmayıb.

Belə ki, Ərdoğan üstünlük nümayiş etdirərək əlini Makronun çiyninə qoyaraq söhbətinə davam edib. Fransa Prezidenti buna cavab olaraq əlini Türkiyə liderinin çiyninə qoymaq istəsə də, buna müvəffəq ola bilməyib. Belə ki, buna səbəb olaraq liderlər arasında boy fərqinin olması göstərilib.

Sözügedən görüntülər Türkiyə və dünya mediasında böyük marağa və müzakirələrə səbəb olub.

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi