azia.az
azia.az

Mir Cəfər Bağırov İrəvanda erməni cəlladından qisasını necə aldı? - TARİXİ FAKT

8-06-2022, 08:04

Mir Cəfər Bağırov İrəvanda erməni cəlladından qisasını necə aldı? - TARİXİ FAKT
Mir Cəfər Bağırov İrəvanda erməni cəlladından qisasını necə aldı? - TARİXİ FAKT
Tarixdə Azərbaycanlılara qarşı qətliamlar törətmiş bir çox ermənilər olub. Onlardan biri və ən amansızı Hamazasp Srvandztyandır. Bu erməni cəlladı Osmanlı İmperiyasının Van bölgəsində doğulub. O, gənc yaşlarında “Armanakan” təşkilatına, daha sonra isə Daşnaksyutun terror dəstəsinə qoşulub. Hamazasp ilk dəfə 1905-ci il qırğınlarında fəal iştirak edib.

Şuşada törədilən qətliamlarda isə xüsusi rol oynayıb. Sonrakı illərdə də azərbaycanlılara qarşı aparılan soyqrımında Hamazasp xüsusilə fəal və amansız olub.

Qubada 16 min dinc sakini qətlə yetirən quldur

1918-ci ildə Qubada törədilən qətliamda bu erməni cəlladı xüsusilə seçilib. Öz dəstəsi ilə Quba şəhərinə gələn Hamazasp burda yerli əhalinin müqaviməti ilə rastlaşır. Lakin, rus himayədarları hesabına yerli əhalinin müqavimətini qırıb və 3 mindən çox mülki əhalini qətlə yetirir, 105 evi dağıdır. “Mən erməni xalqının qəhrəmanıyam. Siz türklər tərəfindən öldürülən ermənilərin intiqamını almaq üçün bura gəlmişəm” - deyən Hamazaspın Qubada dağıtdığı əmlakın dəyəri o vaxtkı hesabnan 4 milyon rubl olub.

Bundan əlavə, yerli əhalinin 4.5 milyon rublluq brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaşlarını, həmçinin 25 milyon rubl dəyərində qiymətli ev əşyalarını ələ keçirib.

Hamazaspın Quba qəzasında olduğu 5 ay ərzində üst-üstə 16 mindən çox dinc sakin qətlə yetirilib. Qətliamlar zamanı Qubanın ən sayılan bəyzadələrindən olan Əli bəy Zizikskinin dəstələri Hamazaspın dəstələrinə qarşı ciddi müqavimət göstərib. Əli bəyin yaxın köməkçisi olan gənc Mir Cəfər Bağırov Hamazaspın törətdiyi qətliamları gözü ilə görmüş və yaddaşına həkk eləmişdi. O zaman, digər dəstə üzvləri kimi Mir Cəfər də Hamazaspdan intiqam alacağına and içmişdi.

Stepan Şaumyanın “sağ əli”
Ətraflı

Yada salaq ki, Hamazaspın əsas dayaqlarından biri Bakı sovetinin o vaxtkı rəhbəri Stepan Şaumyan olub. Quba qırğınından sonra Hamazasp Bakıya gəlir və Bakı soveti tərəfindən yaradılan silahlı dəstəyə rəhbərlik edir. Azərbaycanda Xalq Cümhurriyyəti yaranandan sonra Hamazasp İrana qaçır. Daha sonra İrəvana gedir. Burda yenicə yaradılan Ermənistan respublikasının ən fəal qurucularından biri olur.

Nəhayət, 1921-ci ildə Ermənistanda hakimiyyəti ələ keçirən bolşeviklər tərəfindən Hamazasp həbs olunur. O zaman, Bakıda olan Mir Cəfər Bağırov Hamazaspın həbs edildiyini eşidən kimi, 1921-ci ilin fevralında İrəvana gedir.

Erməni bolşeviklərin İrəvanda qarşıladığı 26 yaşlı Mir Cəfər birbaşa Hamazaspın saxlanıldığı həbsxanaya üz tutur. Gənc Bağırov ona Qubada içdiyi andı xatırladır. Hamazasp isə öz erməniləri tərəfindən satıldığından xəbərsiz olur və həyasızcasına gülüb “burdan çıxandan sonra qalanlarınızı da öldürəcəm”- deyir.

İrəvanda şaqqalanan türk cəlladı

Şahidlər danışır ki, Mir Cəfər Bağırov həbsxanaya tək getməyibmiş. Onunla birgə bütün nəsli Zəngəzurda qətlə yetirilən Süleyman Nuri və bütün ailəsi Hamazaspın quldur dəstəsi tərəfindən zorlandıqdan sonra amansızlıqla qətlə yetirilən bir qubalı gənc də olub.

Hamazaspın həyasızcasına danışığından sonra Mir Cəfər Qubalı gənci kameraya çağırır. Ona öz vədinə əməl etdiyini deyir və Hamazaspı Qubalı gəncin ixtiyarına buraxır. İntiqam alovuyla püskürən qubalı gənc Hamazaspı balta ilə hissələrə parçalayır.

Deyilənə görə dəhşətli işgəncəyə dözməyən Hamazaspın fəryadı bütün həbsxananı bürüyübmüş. Parçalara bölünən Hamazaspın leşini oğlu yalnız geydiyi keçə ayaqqabıdan tanıya bilib.

Mir Cəfərin İrəvanda bu aksiyanı icra eləməsi, buna nail olması isə bir ayrı tarixdir. Davamı olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi