azia.az
azia.az

Azərbaycanda yoluxmaya görə bu qəsəbəyə giriş-çıxışı bağladılar? - RƏSMİ AÇIQLAMA

17-08-2021, 14:25

Azərbaycanda yoluxmaya görə bu qəsəbəyə giriş-çıxışı bağladılar? - RƏSMİ AÇIQLAMA
Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbəyə giriş-çıxışın bağlanması barədə məlumatlar əsassızdır.

Bunu Azia.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Göyçay rayonunun Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Bu barədə Azia.az-in "qaynar xətt"inə məlumat daxil olub.

Məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.

Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi