azia.az
azia.az

AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair qətnamə qəbul olunub

20-04-2016, 10:22

AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair qətnamə qəbul olunub Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair yazılı qətnamə qəbul olunub.
Heqiqet.az AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, qətnamə 44 deputat tərəfindən imzalanıb.
Qətnamədə deyilir: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolla nizamlanmasına alternativin olmadığına əminliyini ifadə edən AŞPA, münaqişənin davamlı və ədalətli həllinin tapılması üçün beynəlxalq səviyyədə razılaşdırılmış yeganə danışıq formatı olan Minsk Qrupunun həmsədrlərinin səylərinə daim dəstək verdiyini təsdiqləyir. Buna görə də biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin etdiyi daimi çağırışlara hörmətlə yanaşmağa, onların mandatlarını pozmamağa və danışıqlar prosesini mürəkkəbləşdirməməyə çağırırıq".
Qətnamədə həmçinin qeyd olunur ki, deputatlar bütün tərəfləri həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyanın 2009-cu ildən bəri prezidentlər səviyyəsində edilən beş bəyanatda öz əksini tapmış təkliflər əsasında sülh danışıqları yolu ilə nizamlanmaya nail olmaq üçün qəti addımlar atmağa və lazımi siyasi iradə göstərməyə çağırır.
Qətnamədə qeyd olunur: "Biz münaqişə zonasında gərginliyin artması ilə bağlı narahatçılığımızı bildiririk. Top və raket qurğuları kimi ağır silahlardan istifadə edilməsi qəbuledilməzdir və bu mülki əhali üçün ciddi təhlükə yaradır. Biz mülki şəxslər də daxil olmaqla insan ölümünə görə dərindən təəssüflənirik.
Atəşkəs rejiminin pozulması hallarının tədqiq edilməsinə dair mexanizmlərin yaradılması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin digər təklifləri gərginliyin azalmasına və sülh danışıqlarının aparılması üçün daha əlverişli şəraitin yaranmasına kömək edəcək".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi