azia.az
azia.az

Bir neçə bank kreditlərdə güzəşt edəcək: Bəs qalanları?..-GƏLİŞMƏ

18-06-2020, 12:49

 Bir neçə bank kreditlərdə güzəşt edəcək: Bəs qalanları?..-GƏLİŞMƏ

“Əlbəttə ölkədə kredit tətili elan olunsaydı yaxşı olardı. Amma kredit tətilini də sırf bankların hesabına etmək olmaz”.

Azia.Az xəbər verir ki, Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan kredit təşkilatlarının müştərilərə güzəştə başlamalarının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan kredit təşkilatları koronavirus pandemiyasının nəticələrindən zərərçəkən müştərilərinə güzəştlərə başlayıb. Güzəştlər assosiasiyanın üzvü olan bank və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən təqdim edilir. Buraya gecikdirilən kreditlərə görə cərimə faizlərinin hesablanmaması, kreditlərin restrukturizasiyası, eləcə də digər xidmətlər üzrə güzəştlər aiddir.

Bəs digər banklar və bank olmayan kredit təşkilatlarında olan kreditlər necə olacaq? Ümumillikdə ölkədə kredit tətili elan edilməlidirmi və bu tətil hansı müddətə qədər davam etsə, daha səmərəli ola bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı bank üzrə mütəxəssis Əkrəm Həsənova müraciət edib.

Kredit təşkilatlarının sadəcə olaraq vaxt uzatdıqlarını vurğulayan bank üzrə mütəxəssis PAA.az-a açıqlamasında əlavə edib ki, bu fasilə bank olmayan kredit təşkilatlarının faiz gəlirlərini artırır. Prinsipcə bunu banklar da edirlər:

“Ümumiyyətlə mikromaliyyə təşkilatı deyiləndə bank olmayan kredit təşkilatları nəzərdə tutulur. Bu kredit təşkilatları da müştərilərə güzəşt edəcəklərini deyirlər. Amma soruşmaq lazımdır ki, nəyin güzəştin edəcəklər? Kredit təşkilatları kreditin vaxtını uzadırlar. Bu da əslində ödənilməli olan faizlərin miqdarını çoxaldır.

Yaxşı olardı ki, həmin kredit təşkilatları güzəştlərinin nədən ibarət olacağını açıq şəkildə deyərdilər. Çünki onların əksər hallarda dedikləri güzəşt olmur. Sadəcə olaraq vaxt uzadırlar. Bu da onların faiz gəlirlərini artırır. Prinsipcə bunu banklar da edirlər. Yəni bu elə də ciddi məsələ deyil.

Əkrəm Həsənov: “Bəzi dövlətlərdən fərqli olaraq hələ ki, bizim dövlətin kredit tətili elan etmək niyyəti yoxdur”.

Digər tərəfdən bilirik ki, aprel ayında Mərkəzi Bank hər bir halda banklara tövsiyə edib ki, sentyabrın 30-a qədər cərimə hesablamasınlar. Yəni müştəri krediti ödənirsə, faiz hesablanmasın və gecikdirilən kreditləri də problemli kreditlər kimi qeydə almasınlar. Bu məsələ var. Amma bankların bəziləri bu tövsiyəyə əməl edirlər, bəziləri isə əməl etmirlər.

Əlbəttə ölkədə kredit tətili elan olunsaydı yaxşı olardı. Amma kredit tətilini də sırf bankların hesabına etmək olmaz. Çünki bankların o qədər itkiyə məruz qalmaq gücləri yoxdur. Kredit tətili elan edilməsi üçün dövlət banklara kömək olmalıdır. Amma bəzi dövlətlərdən fərqli olaraq hələ ki, bizim dövlətin belə bir niyyəti yoxdur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi