Azərbaycanda kredit faizləri qalxır (VİDEO)
Mərkəzi bank hesabat ayı üzrə depozit və kreditlər üzrə orta faız dərəcəsını açıqlayıb.
Azia.az Xezerxeber-ə istinadən xəbər verir ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,10 %, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,62% artıb. Azərbaycan Banklar Assosiasiyası bunun səbəblərini "Xəzər Xəbər"ə şərh edib.
İlin əvvəlindən manatda olan depozitlərin faizi qalxır, dollarda olanların isə azalır.
Nəticədə ölkədə kreditlər bahalaşır. kredit faizinin artmasına səbəb risklər, banklarin əməliyyat xərcləri və mənfəət marjalarıdır. Manat uzrə depozit faızlərındə artım musahıdə olunur. Hazırda manatla sıgortalanan depozitlər 15 faiz, dollarla olanlar 3 faizdən təklif olunur. Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayevin sözlərinə görəbanklar əmanət və depozit cəlb etmək üçün faizi yüksəldiblər. bu isə öz növbəsində kerditlərin faizinin artmasına səbəb olub.
Ekspertlər hesab edirlər ki, əgər manatın məzənnəsi stabil olaraq qalarsa, kredit faizlərində artım dayanacaq.
Əsas artım isə istehlak kredirtlərində müşahidə olunur. Belə ki,istehlak kreditlərində artım fiziki şəxslər üçün xarıcı valyuta da 16,25 faiz şirkətlərə isə 7, 5 faizdir. Bu isə ondan xəbər verir ki, istehlak kreditləri yəni vətəndaşın mebel, telefon və diger avadanlıqlar ucun goturduyu kreditlər baha olaraq qalır.
Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank sektorunun sağlamlaşdırılması istiqamətində ciddi addımlar atılır.
Sektora inamın artması əmanətlərin artmasına, bu isə öz növbəsində faiz dərəcələrinin, eləcə də kreditin faizinin aşaği düşməsinə səbəb olacaq.