Banklar sms vasitəsilə kredit ödəyə bilməyənlərə hədə-qorxu gəlir
Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb
Problemli kreditin həllinə dair isə heç bir yumşalma və ya əlavə tədbirlər görülmür. Banklar isə müştərilərə güzəşt əvəzinə, hədə-qorxu gəlirlər. Yeni hədə-qorxu üslubuna keçən banklar artıq sms vasitəsilə bunu edirlər. Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov Qaynarinfo.Az-a məlumat verib:
Banklar sms vasitəsilə kredit ödəyə bilməyənlərə hədə-qorxu gəlir - FOTO
"Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb. Bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar. Bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu sivil və qanuvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır. Hədə metodları səmərəli olmamaqla yanaşı, eyni zamanda qanunvericiliyə ziddir. Bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz. Əgər borcunuz varsa və bank sizə bu yollar ilə təzyiq edirsə daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edəsiniz. Mövcud qanunvericilik sizə belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verir. Bununla hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz pul alın. Bu həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollar ilə istəmək vərdişi aşılaya bilər.
Bu yaxınlarda mənə müraciət edən və bank tərəfindən ona göndərilən “hədə” sms ilə də tanış olanda bəzi bank əməkdaşlarının "iş prinsipləri" daha aydın bəlli olur".
Qeyd edək ki, məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcək.
Banklar sms vasitəsilə kredit ödəyə bilməyənlərə hədə-qorxu gəlir - FOTO