Milli Məclisin yeni sədri kimdir? - TƏRCÜMEYİ-HAL
Milli Məclisin sədri vəzifəsinə seçilən Sahibə Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.
Azia.Az-ın məlumatına görə, o, 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.
S.Qafarova 2004-cü ildən universitetdə Beynəlxalq əlaqələr üzrə prorektor kimi fəaliyyət göstərir.
Ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir.
Filologiya sahəsi üzrə gender problemlərinin tədqiqi ilə məşğuldur.
S.Qafarova dördüncü, beşinci çağırış Milli Məclisin deputatı olub.