azia.az
azia.az

Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkib – Türkiyə mətbuatı

19-11-2019, 10:57


Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında "Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" adlı geniş məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətdən yüksələn səslərə biganə qalmadı. Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın gətirilməsi ilə dəyişikliyin düyməsinə basıldı. Ölkədəki köhnə vərdişlər bir tərəfə qoyulur və tamamilə başqa siyasət aparılır.

Müəllif yazır: "Sənəti, mədəniyyəti, mənəvi kodları, dərin tarixi və ədəbiyyat bazası ilə Azərbaycan Qafqazın göz bəbəyidir.Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilən, saysız-hesabsız sınaqlardan çıxan və bütün itkilərə baxmayaraq, sistemini, dövlət ənənəsini nizama salmağı bacaran bir ölkədir. Azərbaycan erməni lobbisi və dünyadakı dəstəkçilərinin gücünə baxmayaraq, torpaqlarındakı işğalı dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi layihələrə imza atıb.Dövlət başçısı İlham Əliyevin siyasi iradəsi, mövqeyi və duruşu bu məsələdə Azərbaycanı addım-addım uğura aparır”.

Müəllif qeyd edib ki, Gürcüstan, Ermənistan və Ukrayna nümunələrinə baxsaq, Rusiya ilə ciddi qarşıdurma yaşayan qüvvələrin ətrafdakı ölkələri alətə çevirdiyinə və çevirəcəyinə diqqət yetirsək, Azərbaycanın hazırkı siyasi addımlarının mənasını təhlil etmək daha asan olacaq.

“İran və Rusiya ilə qonşu olması səbəbindən də Azərbaycanın mövqeyi və rolu fərqli prizmalarda şərh olunmalıdır. İran əhalisinin böyük bir hissəsinin Azərbaycan türklərindən ibarət olması isə İranın Azərbaycanın siyasi həyatına necə sirayət etmək cəhdlərini göstərir.Neft yataqlarının Azərbaycanı böyük şahmat oyunlarının mərkəzi halına gətirməsi də Azərbaycanın bu vəziyyətdə özünü necə qoruya bildiyini dərk etməniz üçün ciddi ipucları verməkdədir. Bu vəziyyət Prezident İlham Əliyevin balanslı siyasətinin necə dizayn edildiyinin də göstəricisidir” – deyə, məqalədə qeyd olunur.

Koç məqaləsində onu da əlavə edib ki, unutmamaq lazımdır ki, Azərbaycan kimi əvvəlki siyasi durumu ilə hesablaşaraq, yeni siyasi formanı mənimsəmək ərəfəsində olan bütün dövlətlər üçün bu keçid dövrü uzun və məşəqqətli olur.

Daha sonra məqalədə vurğulanır ki, Azərbaycan iqtisadi cəhətdən gücləndi, dəyişikliyin davamlı hala gətirilməsi üçün Prezident Əliyevin ciddi həmlələri gündəmdədir: ”Prezident Əliyev ictimaiyyətin necə bir dəyişiklik istəməsinə sözün həqiqi mənasında qulaq asmaq siyasətini genişləndirməyə başladı. Lideri və ya Dövlət başçısını ayaqda saxlayacaq tək şeyin öz xalqı ilə müttəfiq olmaq olduğunu bilir. Sosial media və bütün medianı, xalqdan gələn səsləri və hətta ən ucdakı marginal səsləri belə eşitməyin, bu səslərə qulaq asmağın və meydana çıxan çatışmazlıqlardan istifadə etməyə çalışan güclərin əlindən alınmasının lazım olduğunu görə bilmək bir siyasətçi və Dövlət başçısı üçün böyük bacarıqdır”.

Koç əlavə edib ki, uzun illər ölkənin idarəçiliyində olmuş, yaşları xeyli irəliləmiş şəxslər xalqda ciddi etiraza səbəb olurdu. “Yeni nəslə qapı açmaq, günümüzün dəyərləri içərisində öz milli dəyər və kimliyini qorumaq refleksini möhkəmləndirmək olduqca vacibdir. Bunu xüsusilə Birinci vitse-prezidentlik vəzifəsinə təyin olunan Mehriban Əliyevanın müəyyənləşdirdyi yol və metod daha da irəliyə apardı” - deyə, məqalədə deyd olunur.

Mehriban Əliyeva reallığı

Müəllif onu da əlavə edib ki, uzun zamandır Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkdi.

Koç məqalədə qeyd edib ki, “Azərbaycana beynəlxalq səviyyədə ciddi qarşılığı olan layihələri gətirərək, dünyadakı Azərbaycan əleyhdarı olan lobbilərlə mübarizə aparmaq səylərini davam etdirdi. Hər tərəfdən mühasirəyə alınan Azərbaycanda baş verənlərin dünyaya çatdırılması üçün mədəni layihələrlə mühasirələr yarılmaya başladı. Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə təyinatını bu sahələrdəki uğurlarının nəticəsi kimi dəyərləndirmək bizi gerçək nəticələrə aparır.Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyeva fərqli bir yolu sınaqdan keçirməyə başladı”.

Müəllif əlavə edib ki, toplumdakı fərqli siyasi qrupları, hətta narazı səsləri belə "mərkəzə çəkmə, onları dinləmə və etiraz etdikləri məsələlərin çarəsini tapmaq" siyasəti Mehriban xanım Əliyevanın siyasi ağıl istehsal etmək sahəsində bacarığını da göstərmiş oldu.

Məqalədə o da vurğulanıb ki, Mehriban xanım Prezident Əliyev idarəçiliyinə müxalif olanlara hətta belə demək mümkünsə, nifrət dolu siyasi qruplaşmalara qarşı "yumşaq və dinləyən tərəf" profilini ortaya qoymaqla Azərbaycanda ictimai sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.

“Azərbaycan yenidən və daha fərqli bir dəyişiklik modelinə keçdiyini son aylarda atdığı addımlarla açıq nümayiş etdirir."İdarəçilikdən getməsi mümkün olmayacaq" deyilən şəxsləri pensiyaya göndərmək forması isə dövlət ənənəsi baxımından yeni bir düzəni ortaya qoyur."Sovetlər Birliyi dağılsa da, hələ də şüurlarda bolşevik təfəkkürü hökm sürməkdədir. Gələnin gedəni yox etməsi siyasəti üzərində qurulmuş bolşevik baxış bucağı Azərbaycanın gələcəyi üçün qorxunc hadisədir..." Marginallaşan siyasi qüvvələrin bu ifadələrinə nəzər saldıqda görürük ki, idarəçilikdəki kadrlara nifrətlə yanaşılır. Bunu dövlət idarəçiliyindəki şəxslərin hərəkətləri və xalqı nəzərə almayan kadrların möhkəmləndirdiyi də bir gerçəkdir” - deyə, müəllif qeyd edib.

Koç öz məqaləsində onu da qeyd edir ki, “Bəzi RİH başçıları və nazirlərin xalqla münasibətlərindəki davranışı və xalqa yuxarıdan aşağı baxması ilə marginallaşan narazı səslərin ortaya çıxmasını körüklədiyi hər kəsə məlumdur. Digər tərəfdən, bu marginal qüvvələr daha çox Azərbaycana qorxunc nəticə vəd edir!Unutmamaq lazımdır ki, İran-Rusiya-Qərb üçbucağında "Azərbaycanda belə bir fəlakət olsa, nə etmək lazımdır" sualı çox vacibdir. Prezident İlham Əliyev bütün bunları dərk edərək, dəyişiklik küləyini başlatmış kimi görünür. Köhnə fikirli, yeniliyə açıq olmayan, xalqla arasındakı bağı qoparmış şəxsləri sayğı ilə pensiyaya göndərir. Xalqla arası açılan RİH başçılarını və yerli idarəçiləri cəzalandırır, gənc nəslin təmsilçilərini və rüşvətə bulaşmamış adların idarəçiliyə gətirilməsi xalqda ümidlərin cücərməsinə səbəb olur”.

Türkiyəli jurnalist məqaləsində Mehriban Əliyevanın xüsusilə mərhum Prezident Əbülfəz Elçibəy və onun ailəsinə göstərdiyi hörmət və bunu sübut edən hərəkətləri ictimai sabitlik baxımından önəmli siyasi addım kimi qiymətləndirildiyini də vurğulayıb.

“Mərhum Elçibəyin evinin təmir olunması xalqda simpatiya ilə qarşılanıb.Elçibəyin bir neçə ay əvvəl vəfat edən həyat yoldaşının bütün cənazə xərclərinin Mehriban Əliyeva tərəfindən qarşılanması isə adət-ənənə baxımından Mehriban Əliyevanın dəyərlər sisteminə necə baxdığını üzə çıxardığı üçün alqışla qarşılandı” - deyə, məqalədə qeyd olunur.

Müllif onu da vurğulayıb ki, Azərbaycan idarəçiliyini ən sərt şəkildə ittiham edən, Əliyev ailəsinə tənqid dolu çıxışları ilə müxalifətçilik edən fəal Oqtay Gülalıyevin qəza nəticəsində xəstəxanaya düşməsi də Mehriban Əliyevanın diqqətindən yayınmayıb.
“Qəzada Əliyev idarəçiliyi ittiham olunsa da, Gülalıyevin Birinci vitse-prezidentin tapşırığı əsasında özəl təyyarə ilə Türkiyəyə göndərilməsi və bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənilməsi Azərbaycanda ictimai sabitliyin ünvanının da Mehriban Əliyeva olduğunu açıq şəkildə göstərir”- deyə, Koç vurğulayıb.

O, Azərbaycanın özünü nə Gürcüstan, nə də Ukrayna kimi macəralı küləklərə təslim etməyəcəyini qeyd edib.

“Geostrateji baxımdan Azərbaycanı gəldiyi bu nöqtədə əzməyə cəhd edən güclərin olduğu aşkardır. Ermənistan tərəfindən edilən və mütəmadi olaraq, müharibənin başlanmasına hesablanan təxribatçı həmlələrin əsas səbəbi də budur. Yeni gərginlik və müharibə şəraiti böyük güclər üçün zəmin yaranması mənasını daşıyır. Bunu birbaşa görən və bu dəyişikliyi başqalarının əli ilə deyil, öz millətinin yerli və milli insanları ilə birlikdə həll etmək uğurun ən böyüyü olacaq” - məqalədə qeyd olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi