azia.az
azia.az

Odessa-Gəncə aviareysinə biletlərin qiyməti açıqlanıb

21-09-2021, 11:38

Odessa-Gəncə aviareysinə biletlərin qiyməti açıqlanıb
Ukraynanın aşağı büdcəli aviaşirkəti "Bees Airline" "Odessa" beynəlxalq hava limanından Gəncəyə və Gürcüstanın paytaxtı Tbilisiyə uçuşlara başlayacaq.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Bildirilib ki, Gəncə istiqamətində uçuşlar həftədə bir dəfə – bazar ertəsi həyata keçiriləcək. Sözügedən istiqamətdə biletlərin qiyməti təxminən 2 547 qrivna (təxminən 163 manat) təşkil edir.

Tbilisiyə isə həftənin cümə günləri uçuşlar təşkil ediləcək. Bu istiqamətdə biletlərin qiyməti 1 724 qrivna (təxminən 110 manat) təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi