Biləsuvarda meliorativ tədbirlər vaxtında və normativ tələblərə uyğun şəkildə həyata keçirilir
Ədalət Babayevin rəhbərlik etdiyi rayon Suvarma Sistemləri İdarəsinin kollektivi təsərrüfatlarda maksimum məhsuldarlığın təmin olunması yönümündə üzərilərinə düşən vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlirlər
Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Bu baxımdan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərliyi altında ASC tərəfindən həyata keçirilən iri miqyaslı işlər xüsusi əhəmiyyət kəsb edir.
ii ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. Bununla belə etiraf olunmalıdır ki, aqrar təsərrüfatlarda yüksək məhsuldarlığın əldə olunması yönümündə əsas məsuliyyəti daşıyan qurumlar arasında məhz suvarma sistemləri idarələrinin fəaliyyəti daha çox diqqəti cəlb edir. Belə qurumlardan biri də Ədalət Babayevin rəhbərlik etdiyi Biləsuvar rayon Suvarma Sistemləri İdarəsidir.
Mövcud imkanlardan səmərəli istifadə olunur
Qeyd etdiyimiz kimi, aqrar sahədə stabil yüksək göstəricilərə nail olmaq üçün vaxtında və effektiv şəkildə yerinə yetirilməsi tələb olunan əsas işlərdən biri də torpaqların suvarma suları ilə təmin olunmasıdır. Bu funksiyalar isə birbaşa olaraq suvarma sistemləri idarəsinin fəaliyyət dairəsinə aid olan vəzifələrdir. Məhz elə bu baxımdan da Ədalət Babayevin rəhbərlik etdiyi Biləsuvar rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də təsərrüfat sahiblərinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir. Bu işlərin normativ tələblərə cavab verə bilən səviyyədə görülməsi məqsədilə idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə saxlanması da daim diqqət mərkəzindədir. Həmçinin elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri mütəmadi olaraq həyata keçirilir.
Biz də Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin bütün kollektivinə və şəxsən Ədalət Babayevə onların bu çətin və şərəfli işlərində yeni-yeni nailiyyətlər diləyirik. Nadir Nəsibov