azia.az
azia.az

İkardidən ismarışlı paylaşım - FOTO

4-10-2022, 11:34


"Qalatasaray" formasını ilk dəfə "Konyaspor"la matçda geyinən Mauro İkardi, ötən həftə "Adana Demirspor"la vacib matçı (0:0) buraxıb. 

 Offsideplus.az xəbər verir ki, buna 29 yaşlı hücumçunun həyat yoldaşı Vanda Nara üçün Argentinaya yollanması səbəb olub. "Adana Demirspor"la səfər matçında iştirak etməməsinə görə tənqid edilən İkardi Türkiyəyə qayıdıb. Ulduz futbolçu təyyarədən paylaşdığı şəkildə "Xoşbəxt qayıdıram", sözlərini yazıb və həm "Qalatasaray"a, həm də Vanda Nara ilə münasibətinə ismarış göndərib.

İkardinin X tur üzrə baş tutacaq "Kayserispor"la matçda oynaması gözlənilir.

Qeyd edək ki, Vanda və Mauro cütlüyü bir müddət öncə ayrıldıqlarını bildirsələr də, yenidən barışıblar.

Screenshot 2022 10 04 110356



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi