azia.az
azia.az

Dostunun anasına sataşmaq istəyəni cəzalandırdı və 4 il həbs cəzası aldı

12-11-2018, 09:56


Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlamaqda ittiham olunan Siyəzən rayon sakini, 28 yaşlı Orxan Hasilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

Cinayət hadisəsi bu il may ayının 7-də Siyəzən rayonunun Gilgilçay qəsəbəsində baş verib. O.Hasilovun bıçağa əl atmasına səbəb həmkəndlisi İbadi Poladovun sinif yoldaşı Rüfətdən dostunun anasının telefon nömrəsini istəməsi, sonuncu imtina etdikdə isə onu döyməsi olub. İ.Poladovla məsələni aydınlaşdırmaq istəyən Orxan dostları ilə birgə onun yaşadığı evin qarşısına gəlib, zəng vurub İbadini çağırıblar. Orxan İbadiyə Rüfəti nahaq döydüyünü, dostunun anasına sataşmaq istəməsinin düzgün hərəkət olmadığını deyib. İbadinin “yaxşı edirəm” cavabı onun özünü xəstəxanalıq, Orxanı isə həbsxanalıq edib.

Törətdiyi cinayət əməlinə görə O.Hasilova qarşı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Orxan Hasilov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qohumunun toy mərasimindən çıxıb evə gedərkən maşında sinif yoldaşı Rüfət İbadinin onu döydüyünü deyib: “Bu hadisə mənə çox pis təsir elədi, qəzəbləndim. İbadi ilə oturub üzbəüz söhbət etmək istədim. Zəng edib görüşə çağırdıq, niyə belə hərəkət etdiyini soruşdum. Dedim, camaatın nömrəsini niyə istəyirsən, heç bir səbəb olmadan Rüfəti niyə döyürsən? Mənə “yaxşı eləyirəm” dedi, mübahisəmiz düşdü, söyüş söydü. İçkili idim, əsəbləşdim, bıçaqla ayağından vurdum. İbadi qışqırıb maşının qapısını açıb qaçıb getdi. Onu xəstəxanaya aparmaq üçün axtarsaq da, tapa bilmədik”.

O.Hasilov ifadəsində İbadini görüşə çağırarkən onu bıçaqla vurmaq niyyəti olmadığını, sadəcə məsələni aydınlaşdırmaq istədiyini göstərib: “Ayağındna vurdum ki, həm qorxsun, həm də səhvlərindən nəticə çıxartsın. Onu öldürmək niyyətim olmayıb”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi