Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən tiktokeri polis saxlayıb
Bu gün, 15:47
Azərbaycanda tiktoker qadın saxlanıldı. Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən tiktokeri polis saxlayıb. Xəbər verilir ki, X.Bədəlova Tiktok sosial şəbəkəsində özünə məxsus profildə canlı yayım açaraq, nalayiq əxlaq normalarına zidd ifadələr işlətdiyi üçün Sabirabad rayonunda polis tərəfindən saxlanılıb. Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.