Bu ilin mayında Naxçıvanın Şərur rayonunda Qarxun kənd sakini, komando hərbi birləşməsinin hərbçisi Musa Həsənovu vurub öldürən avtomobilin sürücüsünün məhkəməsi keçirilib.
Xəbər verilir ki, 28 yaşlı hərbçinin ölümünə səbəb olan 2000-ci il təvəllüdlü Məhərrəm Fətullayevə hökm oxunub.
Bildirilib ki, hadisə zamanı sürücü yüngül dərəcəli sərxoşluq halında olub. O, gecə saatlarında dostları ilə kafedən çıxıb evə gedərkən “Mercedes” markalı avtomobillə yolu keçməyə çalışan Musa Həsənovu vurub.
Ağır xəsarət alan hərbçi həlak olub.
Yaxınlarının sözlərinə görə, Musa Həsənov nişanlı olub.
Həbs olunan Məhərrəm Fətullayev Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib.
Gənc sürücüyə 5 il həbs və 2 il sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib. (Qafqazinfo)

"Məhkəmələr Cinayət Məcəlləsinin 66.5 və ya 67-ci maddəsi üzrə cəza təyin edərkən fərqli yanaşmalar sərgiləyir"
SƏRXOŞ halda “Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni olan E.Kəlbəliyevin məhkəməsi -Ölənlərin yaxınları ...
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ
