azia.az
azia.az

Dağlıq ərazilərə qar yağıb

Bu gün, 10:49

Azərbaycanda gecə saatlarında əksər ərazilərdə yağıntılı və küləkli hava müşahidə olunub. Bəzi yerlərdə yağıntı intensivləşib, şimşək çaxıb, dağlıq ərazilərə qar yağıb.

Xəbər verilir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 26-sı saat 10:00-a olan məlumatında bildirilib. Yağıntılar gecə saatlarından tədricən kəsilib.

Ən çox yağıntı Qaxın Sarıbaş kəndində qeydə alınıb – 15 mm. Qobustan və Şəkinin Kişçay ərazisində 11 mm, Zaqatalada 10 mm, Balakəndə 9 mm, Beyləqan, Zərdab, Kürdəmir, Tovuz və Lerikdə 8 mm yağıntı düşüb. Bakıda və Abşeron yarımadasında bu göstərici 4 mm olub.

Bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Oğuzda 21 m/s, Daşkəsən, Bərdə və Şəkidə 20 m/s, Goranboyda 19 m/s, Naftalan və Tərtərdə 18 m/s-yə çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi