azia.az
azia.az

Elgizin verilişi ilə bağlı kanaldan açıqlama

Bu gün, 10:59

Elgiz Əkbərin özünə məxsus YouTube kanalında yayımlanan “Şadlıq olsun” layihəsinin ARB Televiziyası ilə heç bir əlaqəsi yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə kanalın mətbuat katibi Mail Əsgərov sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edilib ki, layihənin çəkilişləri zamanı ARB Televiziyasına məxsus texniki avadanlıqdan, pavilyondan və əməkdaşların xidmətindən istifadə olunmur.

Qeyd edək ki, Elgiz Əkbər hazırda ARB Televiziyasının əməkdaşı olsa da, hələ ki televiziyanın heç bir layihəsində iştirak etmir və hər hansı layihə üzrə öhdəlik daşımır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi