azia.az
azia.az

Əsgər yolasalmasında 10 nəfər zəhərləndi

Bu gün, 07:57

Cəlilabad rayonunun bir neçə sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Azia.az" APA-ya istinadla xəbər verir ki, zəhərlənənlərin sayının 10 nəfər olduğu və onların arasında uşaqların da olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxslər Biləsuvar rayonunda əsgər yolasalma mərasimində iştirak ediblər. Ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onların qonaqlıqda qəbul etdikləri qidadan zəhərləndikləri ehtimal olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi