azia.az
azia.az

Rusiya təbii qazından imtina etmək Slovakiyaya təxminən 10 milyard avro zərər vura bilər

Bu gün, 08:15

Rusiya təbii qazından imtina etmək Slovakiyaya təxminən 10 milyard avro zərər vura bilər.

Xəbər verilir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Juraj Blanar bildirib.

Nazirin sözlərinə görə, Bratislava energetika sahəsində öz maraqlarını qətiyyətlə qorumaq və mümkün xərcləri azaltmağın yollarını axtarmaq niyyətindədir.

Bu məqsədlə yaxın vaxtlarda keçirilməsi planlaşdırılan Rusiya-Slovakiya komissiyası çərçivəsində tərəflərin sanksiyalarla bağlı olmayan məsələləri müzakirə edəcəyi gözlənilir.

Natiq Səlim


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi