Bakıda intihar edən 23 yaşlı qızla bağlı İLGİNC DETAL
Fevralın 16-na keçən gecə Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edən 23 yaşlı moldovalı qız Quriya Qlofira barəsində geniş məlumat toplamaq mümkün deyil.Gənc qızın ailəsi qaraçı xalqına mənsub olduğundan və Azərbaycanda bu dil üzrə peşəkar tərcüməçilərin yox səviyyəsində olması səbəbindən olayın təfərrüatını və səbəbini öyrənmək qəlizləşib.
Artıq hüquq-mühafizə orqanları məsələ ilə bağlı Moldovanın Bakıdakı səfirliyinə müraciət edib.
Yeni ailə həyatı quraraq Bakıya gələn Q.Qlafiranın meyiti hələ ki, ailəsinə təhvil verilməyib. Onun Bakıda və ya Moldovada dəfn ediləcəyi də hələlik dəqiqləşməyib.
Xatırladaq ki, özünü çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən ataraq intihar edən Quriya Qlafira evli olub. Təxminən 1 il əvvəl moldovalı gənclə ailə quran Quriya ailəsi ilə Bakıya gəlib və Xətai rayonu ərazisində kirayə tutduqları mənzildə yaşamağa başlayıb.
Bildirilir ki, Q.Qlafiranın yaşadığı ailədə xeyli sıxlıq var imiş. Kirayə tutulan mənzildə gənc ailə ilə yanaşı Quriyanın qayınanası və bir neçə digər qohumları da yaşayırmış. Onlar Bakıda xırda ticarətlə, xüsusi ilə ətir alveri ilə məşğul olurmuş.
Sözügedən ailə rus dilində bilmədiyindən olayla bağlı hələlik müfəssəl məlumat toplamaq mümkün olmayıb.
Araşdırmalar davam etdirilir.