Qayınatası və qayınanasını öldürən ömürlük məhbus intihar etdi
Qobustan həbsxanasında ömürlük məhbus intihar edib.
Bu barədə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildrilir ki, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən 1975-ci il təvəllüdlü İbrahimov Sübhay Əşrəf oğlu həbsxanada özünü mələfə ilə asıb.
Faktla bağlı Qardağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, Ş İbrahimov 2014-cü ildə Şəmkirdə qayınatası və qayınanasını xüsusi amansızlıqla qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilmişdi.