azia.az
azia.az

Ürək, beyin və damarlar üçün ən faydalı giləmeyvə hansıdır?

Bu gün, 12:00

"Bütün elmi məlumatlar nəzərə alındıqda, ən faydalı giləmeyvə kimi qaragiləni göstərmək olar".

Azia.az  “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə endokrinoloq Anastasiya Altunina danışıb.

“Əgər sağlamlıq baxımından mütləq lideri seçməli olsaq, elmi araşdırmaların nəticələrinə əsasən qaragiləni rahatlıqla birinci adlandırmaq olar. Bu, sadəcə dadlı giləmeyvə deyil, damarları, ürəyi və beyni qorumaq üçün vacib olan qiymətli maddələrin əsl mənbəyidir”, – deyə Altunina vurğulayıb.

Onun sözlərinə görə, qaragilənin tərkibində güclü təbii antioksidantlar olan antosianlar mövcuddur. Bu maddələr orqanizmdə iltihabi proseslərlə mübarizəyə kömək edir.

Həkim qeyd edib ki, genişmiqyaslı araşdırmalar həftədə üç və ya daha çox porsiya qaragilə qəbul edən insanlarda infarkt riskinin 32 faiz azaldığını göstərib. Bundan əlavə, qaragilə yaddaşı və insulinə həssaslığı yaxşılaşdırır ki, bu da 2-ci tip diabetin profilaktikası üçün mühüm əhəmiyyət daşıyır.

Altunina həftədə 3-4 dəfə ən azı bir ovuc (təxminən 80-100 qram) təzə və ya dondurulmuş qaragilə yeməyi tövsiyə edib.

Həmidə İbrahimova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi