azia.az
azia.az

“Rare Academy” – Təhsildən karyeraya aparan uğur yolunda etibarlı tərəfdaş

Bu gün, 14:03

Çağdaş dövrünüzdə təhsil bilik əldə etmək vasitəsi olmaqla yanaşı, həm də fərdin gələcək həyatının, peşəkar fəaliyyətinin və cəmiyyətə inteqrasiyasının əsas müəyyənedicilərindən biri hesab olunur. Sürətlə dəyişən və rəqabətin getdikcə artdığı müasir dünyada keyfiyyətli təhsil, peşəkar hazırlıq və düzgün istiqamətləndirmə hər bir insanın uğur qazanmasının əsas şərtlərindən hesab olunur. Məhz bu baxımdan, müxtəlif yaş qruplarının və fərqli hədəflərə malik dinləyicilərin ehtiyaclarını nəzərə alan tədris mərkəzlərinin rolu daha da artır. Bu istiqamətdə fəaliyyət göstərən “Rare Academy” təhsil hazırlıq mərkəzi qısa müddətdə geniş və çoxşaxəli tədris proqramları, peşəkar müəllim heyəti və müasir təhsil yanaşması ilə seçilən hazırlıq mərkəzlərindən birinə çevrilib. Təhsil müəssisəsi məktəbəqədər hazırlıqdan başlayaraq dövlət qulluğu, magistratura, beynəlxalq imtahanlar və peşəkar ixtisas hazırlıqlarına qədər geniş spektrdə təhsil xidmətləri təqdim edərək, hər bir dinləyicinin akademik və peşəkar inkişafına dəstək göstərir.

Məktəbəqədər və ibtidai sinif hazırlığı

Mərkəzdə məktəbəqədər hazırlıq proqramları həm Azərbaycan, həm də rus bölməsi üzrə təşkil olunur. Proqramlar uşaqların məktəb həyatına psixoloji və akademik cəhətdən hazırlaşmasına, oxu, yazı, riyazi məntiq, nitq və ünsiyyət bacarıqlarının inkişafına xidmət edir. İbtidai sinif hazırlığı və təkmilləşdirmə proqramları da Azərbaycan və rus bölmələri üzrə həyata keçirilir. Dərslərdə məktəb proqramının möhkəmləndirilməsi, bilik boşluqlarının aradan qaldırılması və şagirdlərin analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi əsas məqsədlərdən biridir.

Abituriyent, Landau School və SAT hazırlığı

Abituriyent hazırlığı proqramı qəbul imtahanlarının tələblərinə uyğun şəkildə hazırlanmış sistemli tədris planı əsasında həyata keçirilir. Mövzular mərhələli şəkildə izah olunur, mütəmadi sınaq imtahanları keçirilir və nəticələr fərdi şəkildə təhlil edilir. “Landau School”a qəbul proqramı həmin məktəbin qəbul mərhələlərinin tələblərinə uyğun olaraq planlaşdırılır və şagirdlərin məntiqi təfəkkürü, riyazi bilikləri və müsahibə bacarıqlarının inkişafına yönəldilir. SAT hazırlığı proqramı beynəlxalq təhsil almağı hədəfləyən şagirdlər üçün nəzərdə tutulub. Dərslərdə riyaziyyat, ingilis dili və imtahan strategiyaları beynəlxalq standartlara uyğun şəkildə tədris olunur. Şahmat hazırlığı

“Rare Academy”də şahmat dərsləri uşaqların və yeniyetmələrin məntiqi təfəkkürünün, diqqətinin, qərarvermə bacarığının və strateji düşünməsinin inkişafına töhfə verir.

Xarici dil hazırlığı və magistratura hazırlığı 

Xarici dil proqramları ingilis, rus və alman dillərini əhatə edir. Dərslər müxtəlif səviyyələr üzrə təşkil olunur və qrammatika ilə yanaşı danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Müasir tədris metodlarından istifadə olunması dinləyicilərin dili praktik şəkildə mənimsəməsinə imkan yaradır. Tədris proqramı məntiq, informatika, xarici dil və digər imtahan komponentlərini əhatə edir. Dərslər iştirakçıların analitik düşünmə bacarıqlarını inkişaf etdirməyə və imtahan nəticələrini yüksəltməyə yönəldilir. Həmçinin magistraturaya hazırlaşanlar da güvənlə bu kursa müraciət edə bilərlər.

Dövlət qulluğu, Səfərbərlik xidməti və dövlət icra məmuru vəzifəsi üzrə hazırlıq

“Rare Academy”də dövlət qulluğuna hazırlıq proqramı bu sahədə uzunmüddətli təcrübəyə malik müəllimlər tərəfindən həyata keçirilir. Tədris prosesində dövlət qulluğu imtahan proqramına uyğun mövzular sistemli şəkildə izah olunur, test tapşırıqları üzərində praktik məşğələlər keçirilir və namizədlərə imtahan strategiyaları öyrədilir. Hazırlıq proqramında dövlət orqanlarında müxtəlif inzibati vəzifələrdə fəaliyyət göstərən, uzun illər dövlət qulluğu sahəsində təcrübə qazanmış mütəxəssislərin bilik və təcrübəsindən istifadə olunur ki, bu da dinləyicilərin həm nəzəri, həm də praktiki hazırlığını gücləndirir.

Mərkəz səfərbərlik xidməti üzrə qəbul imtahanlarına da hazırlıq üzrə ixtisaslaşmış proqram təqdim edir. Dərslər qəbul proqramına uyğun planlaşdırılır, namizədlərin peşəkar bilik və bacarıqlarının inkişafına yönəldilir. Kursun bu istiqamətdə topladığı təcrübə və uğurlu nəticələr namizədlərin müsabiqə mərhələlərinə daha inamla hazırlaşmasına imkan yaradır. Eyni zamanda mərkəz dövlət icra məmuru vəzifələrinə qəbul imtahanlarına hazırlıq üzrə ixtisaslaşmış proqram təqdim edir. Dərslər qəbul proqramına uyğun planlaşdırılır, namizədlərin peşəkar bilik və bacarıqlarının inkişafına yönəldilir. Kursun bu istiqamətdə topladığı təcrübə və uğurlu nəticələr namizədlərin müsabiqə mərhələlərinə daha inamla hazırlaşmasına imkan yaradır.

Tədris prosesinin üstünlükləri

“Rare Academy”də tədris prosesi fərdi yanaşma prinsipi əsasında qurulur. Müasir tədris metodları, mütəmadi sınaq imtahanları, nəticələrin təhlili və peşəkar müəllim heyəti dinləyicilərin bilik səviyyəsinin yüksəldilməsinə xidmət edir. Nəzəri biliklərlə yanaşı, praktik bacarıqların inkişaf etdirilməsi də tədrisin əsas istiqamətlərindən biridir.

Müxtəlif istiqamətlər üzrə hazırlıq proqramlarını bir mərkəzdə birləşdirən “Rare Academy” məktəbəqədər təhsildən başlayaraq ali təhsil, beynəlxalq imtahanlar, xarici dillər və dövlət sektorunda karyera hədəflərinə qədər geniş təhsil imkanları təqdim edir. Peşəkar müəllim heyəti, sistemli tədris proqramları və dinləyiciyə fərdi yanaşma sayəsində mərkəz iştirakçıların akademik nailiyyətlərinin və peşəkar inkişafının dəstəklənməsinə mühüm töhfə verir. Mərkəz gələcəyin uğurlu, bilikli və rəqabətqabiliyyətli nəslinin yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirərək, təhsili uğura aparan etibarlı körpüyə çevrilməyi qarşısına əsas məqsəd kimi qoyub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi