Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə psixoloq Sofiya Sulimin danışıb.
Onun sözlərinə görə, insanın bir fəaliyyət növündən digərinə keçməsi və istirahət rejiminə uyğunlaşması üçün adətən təxminən beş gün tələb olunur. Bundan sonra isə psixikanın sakitləşməsi və orqanizmin bərpa olunması üçün əlavə vaxta ehtiyac yaranır.
“Qısa məzuniyyət istənilən effekti vermir. İnsan istirahətə köklənməlidir. 12-15 gün ideal variantdır”, – deyə mütəxəssis vurğulayıb.
Sulim qeyd edib ki, məzuniyyətin son günlərində işə qayıdışa hazırlaşmaq, mürəkkəb tapşırıqlara birdən-birə başlamaq əvəzinə plan qurmaq vacibdir.
“Sadə bir plan hazırlamaq lazımdır: nə edəcəyəm və məzuniyyət hissini necə daha uzun müddət qoruyacağam”, – deyə psixoloq əlavə edib.
Həmidə İbrahimova

Psixoloq: “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” – MÜSAHİBƏ
Yerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?
