azia.az
azia.az

23 yaşlı tələbə qız canına qıydı

9-02-2016, 10:56

23 yaşlı tələbə qız canına qıydı Dünən Yasamal rayonunda 23 yaşlı Nigar Vahabovanın yaşadığı mənzildə intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.
Bildirilir ki, N.Vahabova Kooperasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.
Qeyd edək ki, Nigarın bacısı Aytac Vahabova telekanalların birində redaktor işləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi