azia.az
azia.az

Deputatdan qanun layihəsinə etiraz: "Yenidən baxılmalıdır"

Bu gün, 18:33

"Məsələ ondadır ki, bu, öz əksini tapmalıdır. Əməkdaşlıq formatı ilə bağlı vahid prinsip qanun çərçivəsində müəyyən edilməlidir. Hazırda qanuni olan bəzi müddəalar qanundan kənar ayrı-ayrı maddələrdə, eləcə də əməkdaşlıq formatı ilə bağlı xüsusi şərtlərdə öz əksini tapıb. Bu məsələyə yenidən baxılmalıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, qardaş ölkələrin bu sahədəki qanunvericilik təcrübəsi də nəzərə alınmalıdır:

"Sözsüz ki, əməkdaşlıq formatında iştirak edən tərəflərin fəaliyyətinin tənzimlənməsi ilk növbədə qanun layihəsində əks olunmalıdır. Qanunvericilik qəbul edilərsə, belə bir əməkdaşlıq formatının anlayışı, mahiyyəti, tətbiq mexanizmi, həyata keçirilməsi qaydası, eləcə də bununla bağlı digər məsələlər, normalar və müddəalar qanunda öz əksini tapmalıdır".

NURİYYƏ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi