“Rövşən Lənkəranski”nin qətli Moskva polisini hərəkətə keçirdi
Qafqazdan olan avtoritetlərə qarşı böyük əməliyyat hazırlığı başladı; paytaxt polisində xüsusi şöbə yaradıldı
Rusiya hüquq-mühafizə orqanları Türkiyənin İstanbul şəhərində “qanuni oğru” “Rövşən Lənkəranski”nin qətlindən sonra qanlı qarşıdurmaların qarşısını almaq üçün hərəkətə keçib.
“Qafqazinfo”nun “Rosbalt”a istinadən yaydığı məlumata görə, Moskva Cinayət Axtarışı İdarəsində struktur dəyişiklikləri aparılıb: “Hazırda MCAİ sistemində həm Qafqaz, həm də Mərkəzi Asiyadan olan kriminal elementlərlə məşğul olan ümumi şöbə var. Belə desək, bu elementlər problemli kontingentdir. Q
afqaz və Mərkəzi Asiyadan olan kriminal avtoritetləri izləmək üçün sadəcə qurumun əməkdaşlarının sayı yetərli deyil. MCAİ-də aparılan struktur dəyişikliklərindən sonra iki şöbə yaradılır ki, onlardan biri Qafqaz, digəri isə Mərkəzi Asiyadan olan kriminal elementlərlə məşğul olacaq. Eyni zamanda etnik qruplaşmalarla işləyən əməkdaşların sayı artacaq”. Bununla da Rusiyada kriminal avtoritetlərə qarşı böyük əməliyyatların aparılacağı bildirilir.
Bu məlumatdan bir neçə gün əvvəl Türkiyənin Antalya şəhərində keçmiş SSRİ respublikalarından olan “ qanuni oğru”ların iştirakı ilə “sxodka” baş tutub. Həmin kriminal “sxodka”da əsasən “Rövşən Lənkəranski”yə yaxın olan gürcü avtoritetlər iştirak ediblər.
Kriminal yığıncaq “Lənkəranski”nin yaxın dostu Merab Canqveladzenin (“Merab Suxumski”) rəhbərliyi altında keçirilib. “Sxodka” tanınmış oğrular Merab Baxiya, “Roin Uqlava, İrakliy Kaliçava, Koba Axvlediani, Zurab Dqebuadze iştirak ilə baş tutan ”sxodka"da “Rövşən Lənkəranski”nin qətlinin təşkilatçı və icraçılarına ölüm hökmü çıxarıblar və bu qətldən sonra Rusiya paytaxtında yaranmış vəziyyəti müzakirə ediblər. “Sxodka”da qeyri-millətlərdən olan avtoritetlərin Rusiyadan sıxışdırlıb çıxarılması müzakirə mövzusu olub. Slavyan mənşəli avtoritetlərə qarşı yeni cəbhənin açılması da qərarlaşdırılıb. Bu mövzu müzakirə edilərkən slavyan mənşəli “qanuni oğru”lar - “Petrik” ləqəbli Aleksey Petrov, “Şişkan” ləqəbli Oleq Şişkanov, “Tyurik” ləqəbli Vladimir Tyurin hədəf seçiliblər. “Merab Suxumski” və ətrafı “sxodka”da slavyan “qanuni oğru”ların Rusiya kriminal aləmini ələ keçirdiyini bildirib. Ətrafını slavyanları bu aləmdən “təmizləməyə” çağırmışdı. Bu baxımdan MCAİ-dəki struktur dəyişikliklərini təsadüfi hesab etmək olmaz.(musavat.com)