azia.az
azia.az

Prokurorluq vəkilin döyülməsi faktı ilə bağlı araşdırmanın nəticəsini açıqladı

21-09-2021, 10:34

Prokurorluq vəkilin döyülməsi faktı ilə bağlı araşdırmanın nəticəsini açıqladı
Avqustun 13-də Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında asayişin kobud formada pozulması faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb, hadisənin iştirakçıları məhkəmə tibbi müayinədən keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirildi ki, müayinə nəticəsində onların bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsi səbəbindən,
cinayət işinin başlanması üçün əsaslar müəyyən edilmədiyindən müvafiq qərar qəbul edilib.

Vəkil Coşqun İsgəndərov e-huquq.az-a açıqlamasında qərardan narazı qaldığını və məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edəcəyini bildirib.

Xatırladaq ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiqə mıəruz qaldığını iddia edib.

Daha sonra Şirvan Şəhər Prokurorluğu və Daxili İşlər Nazirliyi məlumat yayaraq hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi