Prokurorluq vəkilə təzyiq göstərilməsi barədə məlumatla bağlı açıqlama verib
Bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılıb.
Azia.az-in məlumatına görə, Şirvan Şəhər Prokurorluğu tərəfindən “report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda şəhər prokurorluğunda araşdırma aparılır.
Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək.