Bakıda dəhşət-Ərini ürəyindən bıçaqladı
Azia.az-ın məlumatına görə,İlkin araşdırma zamanı Bayram Quliyev xəsarəti evdə yıxılaraq aldığını deyib.Bakıda ərini bıçaqlamaqda təqsirləndirilən Bilqeys Quliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Lakin araşdırma zamanı müəyyən edilib ki, Bayram Quliyevə həmin xəsarəti ailə münaqişəsi zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Bilqeys Quliyeva yetirib. Qadın bıçağı ərinin ürəyindən sancıb.
B.Quliyeva barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mayıl Bayramovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, A. Kunanbıyov küçəsi 4, mənzil 89-da qeydə alınıb. Həmin ünvanda yaşayan Bayram Quliyev döş qəfəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Aybəniz Abdulova