azia.az
azia.az

Səfirin xanımı ərinin qətlini təşkil etdiyinə görə 31 illik həbs cəzası aldı

30-08-2021, 09:16


Yunanıstanın Braziliyadakı səfirinin həyat yoldaşı Fransuaza de Souza Oliveyra 2016-cı ildə ərinin qətlini təşkil etdiyinə görə 31 il müddətinə həbs cəzası alıb.
Səfirin xanımı ərinin qətlini təşkil etdiyinə görə 31 illik həbs cəzası aldı
Xəbər verilir ki, bu barədə “G1” portal yazıb.

“Məhkəmə Fransuaza de Souza Oliveyranı 31 il, sevgilisi olan polis əməkdaşı Serjio Moreyranı isə 22 il müddətinə azadlıqdan məhrum edib”, - məlumatda belə qeyd olunub.

Saxlanılan polisin qohumu Eduardu Moreyra cinayətdən bəraət alıb, ancaq səfirin cəsədini gizlətdiyinə görə bir il həbs cəzasına məhkum edilib. O, bu cəzanı artıq çəkib.

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis 2016-cı ilin dekabrında ölüb. Onun yanmış cəsədi Rio-de-Janeyroda bir avtomobildə tapılıb.

Amiridis Braziliya əsilli xanımı ilə Milad tətili üçün Rio-de-Janeyroya gedib və 26 dekabrda orada yoxa çıxıb. Fransuaza de Souza Oliveyra hadisədən xəbərsizmiş kimi ərinin itkin düşməsi barədə elan verib və araşdırma zamanı onun 59 yaşlı ərinin öldürülməsini təşkil etdiyi məlum olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi