Ustanı "tok" vurdu: Təcili tibbi yardım gəlmədi - Foto
Bakının “Şamaxinka” deyilən ərazisində, Moskva prospektində bədbəxt hadisə baş verib.
Azia.az Bakupost.az-a istinadən xəbər verir ki, həmin ərazidə yerləşən binalardan birinin fasadının təmir işləri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub.
Şahidlərin verdiyi məlumata görə, o, 1 saatdan sonra keçinib:
“Qonşular Təcili tibbi yardım çağırdılar, amma 1 saatdan çox vaxt ötdü, gəlib çıxmadılar. Nəticədə usta vəfat etdi. 103 hələ COVID olub-olmadığın soruşur, deyirik ki, “tok” vurub. Yenə də soruşur, koronadır? Deməli, bunlara ancaq korona xəstələri maraqlıdır. Mərhum usta da yeni ailə qurubmuş, evində körpə uşaq var imiş”.