azia.az
azia.az

SON DƏQİQƏ - Azərbaycanlı oliqarxın oğlu saxlanıldı

25-08-2021, 14:49

SON DƏQİQƏ - Azərbaycanlı oliqarxın oğlu saxlanıldı
Moskvanın "Vnukovo" hava limanında iş adamı Mehrac Babayevin oğlu Ziya Babayev saxlanılıb. İstanbuldan Moskvaya gəlmiş Z.Babayev gizli yolla Rusiyaya 36 milyon rubl (təxminən 500 min ABŞ dolları) dəyərində qızıl-zinət əşyaları gətirməkdə şübhəli bilinir.

Azia.az xəbər verir ki, Ziya Babayev 2009-cu ildə İsveçrədə azərbaycanlı iş adamı Telman İsmayılovun oğulları ilə idman avtomobilində şütüyərkən yerli sakinin maşını ilə qəza törətməsindən sonra məşhurlaşıb. Qəza nəticəsində xəsarət almış isveçrəli reanimasiyaya çatdırılıb, lakin iş məhkəməyə qədər gedib çıxmayıb.

Qeyd edək ki, Babayevin tikinti şirkəti Bakıda məşhur "Jurnalistlər binası"nı tikib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi