azia.az
azia.az

Rusiyada qəza - İki azərbaycanlı yaralandı

25-05-2017, 20:56

Rusiyada qəza - İki azərbaycanlı yaralandı


Rusiyada KamAZ markalı yük avtomobili ilə VAZ markalı minik avtomobili toqquşub.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Novorossiyskdə gecə saatlarında baş verib.

Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ağır xəsarət alıb. Onların Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qeyd olunur ki, VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəxs çoxsaylı bədən xəsarətləri və kəllə-beyin silkələnməsi travması ilə xəstəxanaya çatdırılıb. Onun sərnişininin (1991-ci il təvəllüdlü) də başından ağır zədə aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi