azia.az
azia.az

Vilayət Eyvazov işdən qovduğu polis rəisini yeni vəzifəyə TƏYİN ETDİ

9-08-2021, 23:02

Vilayət Eyvazov işdən qovduğu polis rəisini yeni vəzifəyə TƏYİN ETDİ
2015-ci ildə xidməti otağında əməliyyat müvəkkilini döyən, ötən il yol verdiyi ciddi nöqsanlara görə xidmətdən xaric edilən polis bölməsi rəisi Rafael Allahverdiyev yenidən polis sistemində işə başlayıb.


Azia.az-a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Rafael Albabayev bir neçə gün öncə daxili işlər orqanlarında xidmətə yenidən bərpa edilib.


Hazırda R.Albabayev Yasamal Rayon Polis İdarəsində baş təhqiqatçı kimi xidmətə başlayıb.


Qeyd edək ki, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi olan Rafael Albabayev 2020-ci ildə xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə işdən çıxarılıb və təqaüdə göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi