azia.az
azia.az

Ağstafaya yeni polis rəisi təyin edildi

11-06-2020, 14:47

Ağstafaya yeni polis rəisi təyin edildi

Azia.Az xəbər verir ki,Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağstafa rayonuna yeni polis rəisi təyin edib.

Nazirin əmri ilə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Xəlilov Ağstafa RPŞ-nin rəisi təyin olunub.

V.Xəlilov bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi olub. 2018-ci ildə isə Kəpəz RPİ-nin rəisi təyin olunub.

Bundan öncə Ağstafa RPŞ-nin rəisi Elsevər Aslanov olub. O, ötən ayın əvvəlində vəzifəsindən çıxarılıb. E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı mərhum Aslan Aslanovun qardaşıdır.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi