Vilayət Eyvazov yeni yaradılan bölməyə rəis TƏYİN ETDİ
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin edib.
Azia.az xəbər verir ki,"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 2019-cu ilin may ayında yaradılan Abşeron rayon Qobu polis bölməsinin şəxsi heyəti artıq tam formalaşdırılıb. Nazirin əmri ilə polis mayoru Toğrul Hüseynov Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi təyin edilib.