SON DƏQİQƏ: İrandandan dəhşətli xəbərlər gəlir
İranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb.
Azia.az-ın məlumatına görə, bunu İranın Genave rayonu qubernatoru Qulamrza Mehrcu deyib.
Q.Mehrcunun sözlərinə görə, hadisə nəticəsində 4 məhsulla dolu gəmi və bir boş gəmi tamamilə yanıb.
Yanğının digər gəmilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.