Bakıda gənc qız motosikletlə qəza törətdi
Bakıda 28 yaşlı qadın sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azia.Az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Sürücü, 1992-ci il təvəllüdlü Qasımova Günay Ərəstun qızı “Koroğlu” metrostansiyasının yaxınlığında motosikletin sükanı arxasında olarkən nəqliyyat vasitəsinin idarəetməsini itirib.
Nəticədə, o, hadisə yerində bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.