azia.az
azia.az

Azərbaycanda bu siqaretlər ucuzlaşdı - QİYMƏTLƏR

2-03-2016, 10:16

Azərbaycanda bu siqaretlər ucuzlaşdı - QİYMƏTLƏR Dünyanın ən iritütün və tütün məmulatları istehsal edən şirkətləri sırasında yer almış Böyük Britaniyanın Imperial Tobacco şirkəti Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir.
Şirkətin Azərbaycanda satılan brendlərindən Davidoff, West, İmperial Classic, Prima, P&S kimi tanınmış siqaret markalarının adını çəkmək olar.
Qeyd etmək lazımdır ki, Imperial Tobacco təmsil olunduğu ölkələrin makroiqtisadi göstəricilərinin dinamikasını yaxından izləyir, qiymət siyasətini və bütövlükdə işini bu dəyişikliklərə uyğun qurmağa çalışır.
Məhz bu prinsipə əsaslanaraq, Azərbaycan manatının xarici valyutalara qarşı möhkəmlənməsi fonunda İmperial Tobacco məmulatlarının qiyməti mart ayının 1-dən azaldılır.
Şirkətə aid tütün məmulatlarının yeni pərakəndə satış qiymətləri belədir:
Davidoff– 3 AZN
WestCompact – 2 AZN
Imperial ClassicSlimsvə Imperial ClassicCompact – 1.80 AZN
ClassicKingSize – 1.60 AZN
Prima Deluxe – 1.40 AZN
P&S – 2 AZN


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi