azia.az
azia.az

Əlcəzairdən Marselə uçan təyyarə radardan itdi, yarım saat sonra tapıldı

7-08-2016, 07:45

Əlcəzairdən Marselə uçan təyyarə radardan itdi, yarım saat sonra tapıldı Əlcəzairdən Fransanın Marsel şəhərinə uçan “AH1020” tipli sərnişin təyyarəsi Aralıq dənizi üzərində radarlardan itib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Flightradar24 saytında yerləşdirilib.

Məlumata görə, radarlardan yoxa çıxmazdan əvvəl ekipaj dispetçerə təyyarənin göyərtəsində fövqəladə halın yaranması barədə məlumat ötürüb.

Xarici KİV-lərin məlumatına görə, Marselə uçan təyyarə müəyyən vaxtdan sonra geri, Əlcəzairə istiqamət alıb və tədricən enməyə başlayıb. Lakin, Əlcəzair ərazisinə az qalmış, təyyarə 5500 metr yüksəklikdə radarlardan itib.

Hadisədən bir neçə saat sonra sərnişin təyyarəsi tapılıb. Sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Əlcəzair hava limanına qayıdıb.

“Təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra 7 min metr yüksəklikdə Aralıq dənizi üzərində radarlardan itib, lakin texniki nasazlıq səbəbindən yarım saat əvvəl Əlcəzair aeroportuna qayıdıb”, - deyə “Air Algerie” aviaşirkətindən bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi