Qaçırılan təyyarədə Azərbaycan vətəndaşları olmayıb - XİN
"İlkin məlumatlara əsasən Misirdə qaçırılan və daxili reyslə uçan təyyarədə Azərbaycan vətəndaşları olmayıb".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanın Misirdəki səfirliyi bu ölkənin müvafiq orqanları ilə təmasları davam etdirir.
Qeyd edək ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava limanına enib.
11:56
Azərbaycanın Misirdəki səfirliyi qaçırılmış Misir təyyarəsinin göyərtəsində azərbaycanlıların olub-olmamasını araşdırır.
Bunu diplomatik missiyadan deyiblər.
Xatırladaq ki, EgyptAir aviaşirkətinin A-320 sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən səhər saatlarında qaçırılıb.
А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib. Təxminən 20 nəfər sərnişin qaçırılan А-320 təyyarəsini tərk edib.
Hazırda təyyarəni qaçıran şəxslə Kipr hökuməti üzvləri danışıqlar aparırlar.