azia.az
azia.az

Alimlərdən dünyanı silkələyən kəşf — Venera planetində canlı həyat tapıldı

15-05-2019, 09:22


Rusiya Elmlər Akademiyasının kosmik tədqiqatlar institutu və Boerskov adına institutun mütəxəssisləri bildiriblər ki, qonşu planetdə əvvəllər elmə məlum olmayan bio kimyəvi prinsipə əsaslanan canlı həyat formasının olma ehtimalı var.
Alimlərdən dünyanı silkələyən kəşf — Venera planetində canlı həyat tapıldı
“Ölkə.Az” xəbər verir ki, “Venera-9”, “Venera-10”, “Venera-13”, “Venera-14” aparatları vasitəsilə 1975-1982-ci illər arasında Venera planetinin səthinin panoram görüntüləri əldə edilib. Fotolarda asta hərəkət edən obyektlər nəzərə çarpır.
Veneranın səthindəki fotolarda göbələk, həşərat, əqrəb kimi canlıları xatırladan 19 hipotetik məxluq var. Onların hamısının öz ölçüsü, xüsusiyyəti var və fotolarda yerlərini dəyişdikləri məlum olur. Alimlər hetimal edirlər ki, fotolardakı məxluqlar güclü küləyin təsiri ilə yox, müstəqil hərəkət edirlər. Çünki aparatlar vasitəsilə küləyin gücü hesablanıb və bu külək sözügedən obyektləri tərpətmək üçün kifayət deyil. Bundan başqa hipotetik məxluqlar kamera obyektivinə o dəqiqə yox, bir müddət sonra düşüb. Bu isə aparatın enişi zamanı məxluqların qruntla örtüldüyündən xəbər verir. Məsələn, əqrəb olduğu ehtimal edilən məxluq torpağın altından saat yarıma çıxıb. Bu isə onun çox məhdud fiziki imkanları olduğundan xəbər verir.

Rus alimləri qeyd edirlər ki, yadplanetli canlı həyat Yerdəkinə bənzəməli deyil. Uyğun olaraq, onların yarandığı və yaşadığı şərait bizim gördüyümüzdən fərqli ola bilər. Venerada orta illik tempratur 640 dərəcədir və 90 barlıq təzyiq canlı həyat üçün əlverişlidir.

ABŞ-ın Hoddarda komsik tədqiqatlar insitutunun alimləri qeyd edirlər ki, iki milyard il əvvəl Venerada iqlim Yerdəki kimi olub. Burada okeanlar olub və tempratur 15-17 dərəcə arasında dəyişib. Canlılar isə Yerdəki orqanizmlərə bənzəyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi